Xəzər Xəbər

Qırğızıstanda koronavirusdan daha iki nəfər ölüb

Dünya | 16:05 • 5 Aprel 2020
Qırğızıstanda koronavirusdan daha iki nəfər ölüb

Aprelin 5-də Qırğızıstanın Oş vilayətində COVID-19 virusuna yoluxan 80 yaşında bir nəfər dünyasını dəyişib.

Qırğızıstanın Koronavirusla Mübarizə Qərargahının məlumatına görə, o, xaricdə bu virusa yoluxub və Oş vilayətində karantində olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Qırğızıstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb. İndiyədək 9 xəstə sağalaraq evə buraxılıb.

Hazırda Qırğızıstanda koronavirus xəstələrinin sayı 147-dir. Ölkədə 2 minə yaxın insan karantindədir.

Xəbər lenti