Xəzər Xəbər

COVID-19-a yoluxanların sayı Özbəkistanda da artıb

Dünya | 13:19 • 5 Aprel 2020
COVID-19-a yoluxanların sayı Özbəkistanda da artıb

Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı 35 nəfər artaraq 298-ə çatıb.

Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə aprelin 5-dən xüsusi karantin rejimi tətbiq edilib. Bu gündən küçəyə velosiped və skuterlərlə çıxmaq da qadağan olunub.

Xatırladırıq ki, Özbəkistanda koronavirusa yoluxanlardan 25-i sağalıb, 2 nəfər ölüb. Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda stasionar və ev şəraitində karantində 100 min insan var.

Xəbər lenti