Xəzər Xəbər

Almaniyada koronavirusa yoluxanların sayı 91 min nəfəri keçib

Dünya | 10:08 • 5 Aprel 2020
Almaniyada koronavirusa yoluxanların sayı 91 min nəfəri keçib

Almaniyada koronavirusdan ölənlərin sayı 1318 olub, 91 314 nəfər isə bu virusa yoluxub.

Bu barədə "FOCUS online” portalı məlumat yayıb.

Almaniyada koronavirusun episentri Bavariya hesab olunur. Ondan sonra Şimali Reyn – Vestfaliya və Baden – Vürtemberq gəlir. Ölkədə ümumilikdə 24 mindən insan sağalaraq xəstəxanaları tərk edib.

Son sutka ərzində ölkə ərazisində təxminən 166 nəfər virusun qurbanına çevrilib, təxminən 6 min nəfər virusa yoluxub.

Xəbər lenti