Xəzər Xəbər

Misirdə daha beş nəfər yeni növ koronavirusdan ölüb

Dünya | 09:09 • 5 Aprel 2020
Misirdə daha beş nəfər yeni növ koronavirusdan ölüb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 71 nəfərə çatıb.

Bu barədə Misirin Baş Naziri Mustafa Madbuli məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 5 nəfər dünyasını dəyişib.

Baş Nazir bildirilib ki, aprelin 4-də ölkədə koronavirusa 85 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1071 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı xarici ölkələrdən gələn Misir vətəndaşlarıdır.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 23 nəfər, o cümlədən 3 əcnəbi koronavirusdan müalicə olunub. İndiyədək 241 koronavirus xəstəsi tam sağalıb.

Xəbər lenti