Xəzər Xəbər

Litvada koronavirusa yoluxanların sayı 700 nəfəri ötüb

Dünya | 09:05 • 5 Aprel 2020
Litvada koronavirusa yoluxanların sayı 700 nəfəri ötüb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 75 nəfər artaraq 771-ə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 21 min 376 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2 min 944 nəfərdən götürülən analizlərin 75-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 11 ölüm hadisəsi qeydə alınıb.

Xəbər lenti