Xəzər Xəbər

Bill Qeyts: Koronavirusla mübarizədə bir neçə milyard dollar boşa xərclənəcək

Dünya | 15:14 • 4 Aprel 2020
Bill Qeyts: Koronavirusla mübarizədə bir neçə milyard dollar boşa xərclənəcək
Amerikalı milyarder və "Microsoft”un həmtəsisçisi Bill Qeyts dünən qatıldığı "The Daily Show'” verilişində yeni növ koronavirusa qarşı mübarizə çərçivəsində atacağı addımları izah edib.

Milyarder Bill və Melissa Qeyts Fondunun koronavirusa qarşı vaksin sınaqlarına bir-bir dəstək vermək əvəzinə, eyni vaxtda yeddi fərqli vəd verən peyvənd testinin keçirildiyi fabrikləri dəstəklədiyini deyib.

Beləliklə, nəticədə iki peyvənd seçmələrinə baxmayaraq, yeddi sınaq üçün maliyyə dəstəyi verdiyini söyləyən Qeyts bununla da, vaxta qənaət edəcəklərini bildirib.

Bill Qeyts seçilməyən vaksinlər üçün əlavə olaraq bir neçə milyard xərcləyəcəklərini vurğulayıb. O, bunu belə açıqlayıb ki, iqtisadi baxımdan bir neçə milyard dollar xərcləyərək vaxta qənaət etmək trilyon dollar itirməkdən daha etibarlıdır.

Xatırladaq ki, bu yaxınlarda Bill və Melissa Qeyts Fondu koronovirusla mübarizəyə100 milyon dollar ayırıb./publika.az

Xəbər lenti