Xəzər Xəbər

Yunanıstandan Avropaya məktub: Türkiyənin buna gücü çatacaq

Dünya | 12:44 • 4 Aprel 2020
Yunanıstandan Avropaya məktub:

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Fransa prezidenti Emmanuel Makrona və Almaniya kansleri Angela Merkelə məktub ünvanlayıb.

Anadolu agentliyinin məlumatına görə, məktubda qeyd edilir ki, qaçqın axınının qarşısının alınması üçün Avropa Birliyi ilə Türkiyə arasında yeni müqavilə imzalanmalıdır. Hökumət başçısı mühacirlərin sayına uyğun olaraq Türkiyəyə maddi yardımların göstərilməsini təklif edib.

Baş nazirin sözlərinə görə, Türkiyə Avropaya qaçqın axınının qarşısını almaq üçün lazımi imkanlara malikdir./publika.az

Xəbər lenti