Xəzər Xəbər

Yaponiya Azərbaycan nümunəsindən istifadə edəcək

Dünya | 17:24 • 3 Aprel 2020
Yaponiya Azərbaycan nümunəsindən istifadə edəcək

Tokio şəhərinin qubernatoru Yuriko Koike bildirib ki, koronaviruslu xəstələr Tokio-2020 Yay Olimpiya Oyunları üçün tikilən Olimpiya kəndində yerləşdirilə bilər.

Xəbəri "Apnews” agentliyi yayıb.

O əlavə edib ki, xəstələrin yerləşdirilməsi üçün Tokioda hotellərin alınması versiyası da nəzərdən keçirilə bilər.

Xatırladaq ki, koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən Tokio Yay Olimpiya Oyunları 2021-ci ilə qədər təxirə salınıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hökuməti koronavirus şübhəsi olan xəstələrin karantində saxlanılması üçün I Avropa Oyunları üçün tikilmiş Olimpiya şəhərciyindən istifadə etməyə başlayıb.

Xəbər lenti