Xəzər Xəbər

İraqda “Reuters”in fəaliyyətinə qadağa qoyuldu - koronavirus xəbərinə görə

Dünya | 15:14 • 3 Aprel 2020
İraqda “Reuters”in fəaliyyətinə qadağa qoyuldu - koronavirus xəbərinə görə

İraq hökuməti "Reuters” agentliyinin ölkədə fəaliyyətinə qadağa qoyub.

"RİA Novosti” İraq Milli Rabitə və Media Komissiyasına istinadən xəbər verir ki, qadağa "Reuters” agentliyinin İraqda koronavirusa (COVID-19) yoluxanların sayının rəsmi açıqlamada elan ediləndən daha çox olması haqda məlumat verməsi ilə əlaqədardır.

Komissiyanın açıqlamasında qeyd edilir ki, Ümümdünya Səhiyyə Təkilatı (ÜST) İraq hökumətinin COVID-19 virusu ilə əlaqədar hesabatını təsdiq edib.

Agentlikdən 21 min dollar (35 700 manat) məbləğində cərimənin ödənilməsi, İraq dövlətindən və xalqından üzr istənilməsi tələb olunur.

Xəbər lenti