Xəzər Xəbər

Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək

Dünya | 14:50 • 3 Aprel 2020
Səhiyyə böhranı yaxınlaşır:

Böyük Britaniyada koronavirusa yoluxanların sayı sürətlə artdığına görə, həkimlər xəstə seçimi etmək məcburiyyətində saxlanıla bilər.

Bu barədə krallığın Təbiblər Birliyinin hazırladığı sənəddə deyilir. Bildirilir ki, həkimlər bütün imkanları sağalmaq ehtimalı daha yüksək olan koronavirus xəstələri üçün səfərbər etməli olacaq. Nəticədə vəziyyəti ağır olan xəstələrə diqqət azaldılacaq.

Sənədə görə, krallığın səhiyyəsi tələbatı qarşılamır və vəziyyət böhran həddinə çatmaq üzrədir./publika.az

Xəbər lenti