Xəzər Xəbər

İşğal olunmuş ərazilərdə koronavirus fəlakəti Rəqəmlər gizlədilir

Dünya | 12:56 • 3 Aprel 2020
İşğal olunmuş ərazilərdə koronavirus fəlakəti

Ukraynanın şərqindəki mübahisəli Donbas bölgəsində yeni tip koronavirus faciəsi yaşana bilər.

"İnterfaks-Ukrayna” xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukrayna heyətinin mətbuat katibi Aleksandr Vlasenko danışıb.

Onun sözlərinə görə, Donbasa təmiz su tədarükündə problemlər var: "Komitə Donbasdakı döyüşlərdən dolayı su tədarükü infrastrukturunun zərər görə biləcəyindən və vətəndaşların koronavirus epidemiyasının qarşısını almaq üçün lazımi gigiyenik qaydalara riayət etməkdə çətinlik çəkəcəyindən narahatdır. Əgər içməli su olmasa, bu, həqiqətən də fəlakətə yol aça bilər. Boru xətlərində, filtr və ya nasos stansiyalarında ən yüngül zədə belə suyun kəsilməsinə yol açar. Gələcəkdə bunun nəticəsinin nə olacağını ehtimal etmək belə dəhşətlidir”.

Qırmızı Xaçın Donetsk bölgəsindəki fövqəladə vəziyyət xidmətinə 4 min litr sodium hidroksid və dezinfeksiya məqsədli 28 püskürtmə cihazı göndərdiyini söyləyən Vlasenko rəsmi Kiyevin nəzarətində olan və olmayan bölgələrdəki Donbas xalqına qida və gigiyenik kitlərin paylandığını açıqlayıb.

Son rəqəmlərə görə, Donbas bölgəsində Ukraynadan müstəqilliyini təktərəfli elan edən Donetsk Xalq Respublikasında 2, Luqanskda 1 koronavirus daşıyıcısı var. Ölkədə ümumilikdə 794 yoluxma qeydə alınıb, 20 nəfər ölüb.

Rəsmi Kiyev hər iki respublikanı epidemiyanın real rəqəmlərini gizləməkdə ittiham edir./publika.az

Xəbər lenti