Xəzər Xəbər

Türkiyədə koronavirusa yoluxanların sayına görə dünya üzrə 10-cu oldu

Dünya | 11:47 • 3 Aprel 2020
Türkiyədə koronavirusa yoluxanların sayına görə dünya üzrə 10-cu oldu

Türkiyədə 2456 koronavirusa yeni yoluxma faktı aşkarlanıb. Son sutka ərzində bu virusdan ölənlərin sayı isə 79 nəfər olub.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz sosial media hesabında məlumat verib.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18135-ə, ölənlərin sayı isə 356-ya çatıb.

Qeyd edək ki, hazırda Türkiyə koronavirusa yoluxma sayına görə dünya üzrə 10-cu yerdədir.

Xəbər lenti