Xəzər Xəbər

Ukraynada koronavirusdan 20 nəfər ölüb

Dünya | 13:07 • 2 Aprel 2020
Ukraynada koronavirusdan 20 nəfər ölüb

Ukraynada koronavirusa yoluxanların sayı 804 nəfərə çatıb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində 135 nəfər koronavirusa yoluxub. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 20 nəfərə çatıb, 13 nəfərin isə müalicəsi uğurla başa çatdırılıb.

Qeyd edək ki, aprelin 24-dək ölkədə bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Xəbər lenti