Xəzər Xəbər

Ukraynada koronavirusun yayılmasının pik həddinin müddəti açıqlanıb

Dünya | 21:27 • 1 Aprel 2020
Ukraynada koronavirusun yayılmasının pik həddinin müddəti açıqlanıb

Aprelin 15-25-də Ukraynada koronavirusun yayılmasının pik həddi olacaq.

Bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko məlumat verib.

O bildirib ki, Ukrayna əhalisi karantin rejimində təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Ukrayna DİN ölkədə normal həyat şəraitinin mayın 15-dən sonra mümkünlüyü barədə də açıqlama verib.

Qeyd edək ki, Ukraynada 669 nəfər koronavirusa tutulub. Bunlardan 17 nəfər ölüb, 10 nəfər isə müalicə olunaraq evə buraxılıb.


Xəbər lenti