Xəzər Xəbər

Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb

Dünya | 10:21 • 1 Aprel 2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 46 nəfərə çatıb.

Bunu Misirin Səhiyyə naziri Hala Zayed bildirib.

O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 5 nəfər dünyasını dəyişib. Həyatını itirənlərdən ikisi karantinə aparılarkən yolda dünyasını dəyişib.

Nazir bildirib ki, martın 31-da ölkədə koronavirusa 54 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 710 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır. H.Zayed əlavə edib ki, indiyədək 157 koronavirus xəstəsi tam sağalaraq evlərinə buraxılıb.

Ölkədəki vəziyyəti sabit kimi dəyərləndirən nazir diqqətə çatdırıb ki, qlobal miqyasda hər 1 milyon insana 105 koronavirus xəstəsi və 6 ölüm faktı düşdüyü halda, 100 milyon əhalisi olan Misirdə bu rəqəmlər müvafiq olaraq 6 və 0,4 arasındadır. O qeyd edib ki, koronavirusa yoluxanların əksəriyyəti xarici ölkələrdən qayıdan insanlarla təmasda olanlardır.

Xəbər lenti