Xəzər Xəbər

ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Dünya | 08:46 • 1 Aprel 2020
 ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

31mart tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan məlumata görə, dünyada750 890 nəfər yeni növ koronavirusa yoluxub, 36 405 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

Açıqlanan statistikaya əsasən, son gün ərzində57mindən çox insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3301 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb –423 946yoluxma və26 694ölüm. Sutka ərzində burada yoluxanların sayı31 131, ölənlərin sayı isə 2733 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 163 014 nəfər koronavirusa yoluxub, 2954 nəfər ölüb.

Yoluxmasayı üzrəüçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. Martın30-na olan məlumata görə, burada 104 868 yoluxma, 3671ölüm faktı qeydə alınıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır –140 640 nəfər. Onun ardınca İtaliya (101 739), İspaniya (85 195),Çin (82545) və Almaniya (61 913) gəlir.

Xəbər lenti