Xəzər Xəbər

ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub

Dünya | 08:44 • 1 Aprel 2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub

ABŞ-da son sutka ərzində yeni növ koronavirusun təsirindən rekord sayda – 860 nəfərdən çox insan ölüb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə federal və yerli dairələrin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında qeyd edilir.

Məlumata görə, son 24 saatda ölkədə infeksiyanın ağırlaşması nəticəsində 865 nəfər həyatını itirib. Ümumilikdə ölənlərin sayı 3873 nəfərə çatıb. Universitetin məlumatında deyilir ki, ABŞ-da ümumilikdə 188 mindən çox insan virusa yoluxub.

Epidemiyanın yayılmasından bəri ilk dəfə ABŞ-da bir sutkada 700-dən çox insan dünyasını dəyişib.

"France Press” agentliyinin məlumatına görə, indiyədək bir sutkada ən çox ölüm sayı İtaliyada qeydə alınıb. 27 martda virus bu ölkədə 969 nəfərin ölümünə səbəb olmuşdu.

Xəbər lenti