Xəzər Xəbər

Böyük Britaniya Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır

Dünya | 08:16 • 1 Aprel 2020
Böyük Britaniya Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır

Böyük Britaniya mart ayının 31-də Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma "seçkiləri” tanımır.

Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "seçkilər”lə bağlı AZƏRTAC-ın sorğusuna cavabında bildirib.

XİN-in cavabında, həmçinin qeyd edilib ki, Böyük Britaniya ATƏT-in Minsk qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bir daha təsdiqləyir, bu prosesdə Azərbaycanı və Ermənistanı etimadın yaradılması, eləcə də münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri artırmağa çağırır.

Xəbər lenti