Xəzər Xəbər

İranda spirtli içkidən 320 nəfər öldü

Dünya | 18:15 • 31 Mart 2020
İranda spirtli içkidən 320 nəfər öldü

İranda 3100-dən artıq insan spirtli içkidən zəhərlənib, onlardan 320-si ölüb.

"RİA Novosti”nin məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur deyib.

Spirtli içkinin qadağan olunduğu İranda metil spirti istehsal olunur. COVID-19-ayoluxmaya qarşı "profilaktik tədbirlər” çərçivəsində saxta içkilərdən, metanoldan zəhərlənənlərin sayı artıb.

Son məlumatlara görə, İranda koronavirusa 44 600 yoluxma halı qeydə alınıb. Bunlardan 2 898-i ölümlə nəticələnib. 14 656 nəfər isə sağalıb.

Xəbər lenti