İtaliyada 6 min 414 həkim koronavirusa yoluxub.
İtaliya Həkimlər Birliyi virusadan ən az 51 həkimin öldüyünü təsdiqləyib.
İtaliyanın Səhiyyə nazirinin müavini Pierpaolo Sileri bildiribki, ölkəsi hazırda epidemiyanın ən yüksək nöqtəsindədir. O bir həftə, 10 gün ərzində testləri müsbət nəticə verənlərin sayında ciddi azalma müşahidə ediləcəyinə ümidvardır.
Qeyd edək ki, ölən həkimlərin 32-si ən çox yoluxma hadisəsi olan Lombardiya bölgəsində çalışıb./publika.az