Xəzər Xəbər

Putinin koronaviruslu xəstə ilə ünsiyyəti səs-küy yaratdı "Təəccübləndim"

Dünya | 12:26 • 30 Mart 2020
Putinin koronaviruslu xəstə ilə ünsiyyəti səs-küy yaratdı

Putinin Kommunarkadakı xəstəxanaya baş çəkməsi məni təəccübləndirdi.

Bunu sözügedən müəssisənin baş tibb bacısı Ludmila Larionova "Rossiya 1" kanalına müsahibəsində deyib:

"Çox təəccübləndim. Qoruyucu zonaya getməyə adətən çəkinirlər. Xəstəxananın baş həkimi ilə prezidenti kadra almağa çalışsam da, onlar tez getdiyindən demək olar ki, istədiyimi çəkə bilmədim".

Qeyd edək ki, Vladimir Putin çərşənbə axşamı COVID-19 xəstələrinin əksəriyyətinin olduğu xəstəxanaya baş çəkib. Prezident palatalara daxil olaraq pasientlərdən biri ilə ünsiyyətdə olub./publika.az

Xəbər lenti