Xəzər Xəbər

Türkiyədə çox sayda kənd karantin altına alındı

Dünya | 11:03 • 30 Mart 2020
Türkiyədə çox sayda kənd karantin altına alındı

Türkiyədə karantin altına alınan kəndlərin sayı 8-ə çatıb.

Karantin rejiminin tətbiq edildiyi kəndlər Çankırı, Gümüşhane, Kütahya və Sivas vilayətlərində yerləşir. Məlumata görə, həmin kəndlərə giriş-çıxışlar dayandırılıb. Yollarda postlar qurulub. Kəndlərə hakim dairələrin xüsusi icazəsi əsasında girmək mümkündür.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb. Virusa yoluxanların sayı isə 9217 olub./publika.az

Xəbər lenti