İranın Müdafiə Naziri, general Əmir Hatəmi ölkəsinin istehsal etdiyi raketlərin sürətini və onların başlıqlarının partlayış gücünü artırmağı planlaşdırdığını bəyan edib.
"Tasnim” xəbər verir ki, Hatəmi həmçinin"yer-yer” tipli raketlərin tam dəqiqlik həddinə çatdırıldığını və onların keyfiyyətinin daha da artırılması istiqamətində əlavə işlərin görüləcəyini qeyd edib.
"Hal-hazırda raketlərin sürət və manevr qabiliyyətini artırmaq istiqamətində olduqca səmərəli araşdırma proqramlarımız var”, - deyə nazir əlavə edib./oxu.az