Xəzər Xəbər

Türkiyə və Çinin elm adamları koronavirusla bağlı 3 saatlıq videokonfrans keçiriblər

Dünya | 09:07 • 27 Mart 2020
Türkiyə və Çinin elm adamları koronavirusla bağlı 3 saatlıq videokonfrans keçiriblər

Türkiyənin Koronavirusla əlaqədar yaradılan Elm Qurumu ilə Çinin elm adamları birgə videokonfrans keçiriblər.

Türkiyənin Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, 3 saat çəkən toplantıda, öncə yeni növ koronavirusla (COVİD-19) bağlı Çinin tibb üzrə elm adamlarına suallar ünvanlanıb. Sonra hər iki ölkə arasında mövzu ilə bağlı məlumat və təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparılıb.

Xəbər lenti