Xəzər Xəbər

Koronavirus pandemiyası ilə bağlı Avropada ümidverici əlamətlər müşahidə olunur

Dünya | 09:12 • 27 Mart 2020
Koronavirus pandemiyası ilə bağlı Avropada ümidverici əlamətlər müşahidə olunur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının yayılması ilə bağlı Avropada ümidverici əlamətlərin müşahidə olunduğu qənaətindədir.

Xezerxeber.az xəbər verir ki, təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe mətbuata verdiyi açıqlamada vəziyyətin gərgin olduğu indiki şəraitdə gedişatın yaxşıya doğru dəyişəcəyinə ümid verən bəzi əlamətlərin də olduğunu qeyd edib. Belə ki, hazırda pandemiyanın ən çox tüğyan etdiyi İtaliyada yoluxmanın artım tempinin yavaşlaması müşahidə olunur.

ÜST-ün regional bürosunun rəhbəri bildirib ki, hazırda İtaliyada pandemiyanın pik həddə çatdığını söyləmək tezdir. Mütəxəssislərə görə, bu ölkədə yoluxmaların artım tendensiyasının başa çatmasına ən azı bir həftə vaxt var. Hazırda əsas hədəf infeksiyaya yoluxma tempini mümkün qədər yavaşlatmaqdır.

Xəbər lenti