Xəzər Xəbər

Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb

Dünya | 09:05 • 27 Mart 2020
Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 75 nəfərə çatıb.

Özbəkistan Xüsusi Respublika Komissiyasından bildiriblər ki, martın 26-da bu virusa yoluxanların sayı 65 nəfər olub. Sutka ərzində 15 nəfərdə koronavirus aşkarlanıb. Bildirilib ki, virusa tutulanlar arasında dörd nəfərin vəziyyəti ağır olaraq qalır. Koronavirusa yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.

Ölkədə hazırda xəstəxana və ev şəraitində karantində qalanların sayı 28 mindən çoxdur.

Xəbər lenti