Xəzər Xəbər

Kuril adalarında sunami təhlükəsi elan olunub

Dünya | 12:14 • 25 Mart 2020
Kuril adalarında sunami təhlükəsi elan olunub

Rusiyanın Kamçatsk diyarının Petropavlovsk-Kamçatsk şəhərindən 500 kilometr məsafədə 7,6 bal gücündə zəlzələ baş verib.

Xezerxeber.az xəbər verir ki, diyarın 4 rayonunda 5 bal gücündə zəlzələ hiss olunub. Saxalin vilayətinin Şimali Kuril rayonunda sunami təhlükəsi elan olunub. Rayonun əhalisi təxliyə edilib. İlk sunami dalğasının hündürlüyü 50 santimetr olub.

Ölən və dağıntı qeydə alınmayıb.

Xəbər lenti