Xəzər Xəbər

Moskvada daha 5 nəfər “COVID-19” xəstəliyindən sağalıb

Dünya | 11:15 • 25 Mart 2020
Moskvada daha 5 nəfər “COVID-19” xəstəliyindən sağalıb

Moskvada daha 5 nəfər "COVID-19” xəstəliyindən – yeni tip koronovirusdan sağalıb.

Ötən gün Moskva xəstəxanasında koronovirusdan müalicə olunan daha 5 nəfər evə buraxılıb. Onların hamısının xəstəliyə Avropa ölkələrində yoluxduğu bildirilir. Rusiya paytaxtında indiyədək cəmi 14 nəfər bu xəstəlikdən sağalaraq evə buraxılıb.

Ümumilikdə, Rusiyada 495 "COVID-19” xəstəsi var. Onların 290 nəfəri Moskvada qeydə alınıb. Ölkə üzrə təxminən 93 min adam həkim nəzarəti altındadır.

Xəbər lenti