Xəzər Xəbər

Yaponiyada koronavirusa yoluxanların sayı artır

Dünya | 09:53 • 25 Mart 2020
Yaponiyada koronavirusa yoluxanların sayı artır

Martın 25-ə olan son məlumatlara görə, Yaponiyada yeni koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi xəbər verir ki, son sutka ərzində bu göstərici daha 71 hal artaraq, ümumilikdə 1923 nəfərə çatıb. Buraya Çinin Hubey əyalətindən çarter reysi ilə gətirilənlər arasında olmuş 14 nəfər və "Diamond Princess” kruiz laynerindəki 712 nəfər də daxildir. Bu günədək Tokioda 171, Hokaydoda 163, Aiçidə 148, Oskada 142, Hioqoda 118 və Kanaqavada 83 hal qeydə alınıb.

Yeni koronovirusa yoluxma nəticəsində ölənlərin ümumi sayı isə 53 nəfər təşkil edib.

Nazirliyin məlumatına əsasən, hazırda 65 nəfərin ağır vəziyyətdə olduğu bildirilir ki, onların da 10-u kruiz laynerindən olanlardır.

Ümumilikdə 891 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi qeyd edilir.

Xəbər lenti