Xəzər Xəbər

Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu

Dünya | 09:44 • 25 Mart 2020
Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu

Harvard Universitetinin prezidenti Lourens Bekou koronavirusa yoluxub.

Xezerxeber.az xəbər verir ki, bu barədə təhsil müəssisəsinin saytında dərc olunan bəyanatında deyilir.

Məlumatda bildirilir ki, universitetin prezidenti Lourens Bekou və onun həyat yoldaşında koronavirus aşkar edilib.

Universitet prezidenti qeyd edib ki, nə özü, nə də həyat yoldaşı Adel necə yoluxduğunu bilmirlər.

Qeyd edək ki, bu ayın əvvəlində Harvard Universitetinin tələbələri koronavirus səbəbindən distant təhsilə keçiblər.

Xəbər lenti