Xəzər Xəbər

Britaniyada sakinlərin yarısı koronavirusa yoluxa bilər

Dünya | 09:15 • 25 Mart 2020
Britaniyada sakinlərin yarısı koronavirusa yoluxa bilər

"Böyük Britaniyada əvvəllər təxmin ediləndən daha çox insan yeni növ koronavirusa yoluxa bilər”.

"Financial Times” qəzeti xəbər verir ki, Oksford Universitetinin mütəxəssisləri həyata keçirdikləri tədqiqatın nəticəsi olaraq bu qənaətə gəliblər.

Tədqiqat rəhbəri, Nəzəri Epidemiologiya professoru Sunetra Quptanın sözlərinə görə,
dərhal genişmiqyaslı seroloji tədqiqatlara başlanılmalıdır: "Hər birimizi hazırda epidemiyanın hansı mərhələsində olduğumuzu qiymətləndirmək üçün yoxlamaq lazımdır".

Oksford mütəxəssisləri nəticələrin hələ tam təsdiqlənmədiyini vurğulasalar da, qeyd edirlər ki, görüləcək tədbirlər əhalinin əhəmiyyətli bir hissəsinin toxunulmazlığını təmin edə bilər.

Xəbər lenti