Xəzər Xəbər

Koronavirusun geniş yayıldığı İranda cənazə mərasimində izdiham yaşandı - FOTO

Dünya | 18:15 • 24 Mart 2020
Koronavirusun geniş yayıldığı

Koronavirusun ən geniş yayıldığı ölkələrdən sayılan İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan Hüseyn Əsədullahinin cənazə mərasimində izdiham yaşanıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

İran mətbuatı SEPAH komandirinin ölüm səbəbinin koronavirus olmadığını yazıb. Əsədullahinin cənazə mərasimində izdiham yaşanması sosial şəbəkələrdə və dövlət rəsmiləri arasında narazılıqla qarşılanıb.

"Bu vəziyyətə ağlamaq lazımdır”, - deyəİran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib.

Xəbər lenti