Xəzər Xəbər

Ruhani: “İranda koronavirusa yoluxma və ölüm halları azalıb”

Dünya | 18:02 • 24 Mart 2020
Ruhani: “İranda koronavirusa yoluxma və ölüm halları azalıb”

"İranda koronavirusa yoluxma halları və bu virusdan ölüm sayı azalıb”.

IRNA-nın məlumatına görə, bu barədə çərşənbə axşamı İran Prezidenti Həsən Ruhani açıqlama verib.

"Müxtəlif əyalətlərdə xəstəxanalara müraciət edənlərin sayı aşağı düşüb. Həmçinin, ölənlərin sayı da azalıb. Bununla bağlı görülən tədbirlər öz təsirini göstərib”, - deyə Ruhani bildirib.

Onun sözlərinə görə, əsas vəzifə küçəyə çıxanların sayını azaltmaqdır: "Əgər evdə 10 nəfər varsa, o zaman hamının əvəzinə bir nəfər çölə çıxmalı və alış-veriş etməlidir”.

Son rəsmi məlumatlara görə, ölkədə koronavirusa 23 049 yoluxma halı qeydə alınıb, xəstələnənlərdən 1 812-si ölüb.

Xəbər lenti