Xəzər Xəbər

Almaniyanın sifariş etdiyi altı milyon maska yoxa çıxdı

Dünya | 17:24 • 24 Mart 2020
Almaniyanın sifariş etdiyi altı milyon maska yoxa çıxdı

Almaniyanın koronavirusla mübarizə məqsədilə sifariş etdiyi altı milyonmaska yoxa çıxıb.

Bu barədə "Hürriyet” məlumat yayıb.

Məlumata görə, Almaniyanın Müdafiə Nazirliyi virusun yayılmasına qarşı təcili olaraq altı milyonmaska sifariş verib. Maskalar martın 20-də ölkəyə gətirilməli olsa da, sifariş ünvanına çatdırılmayıb. Tibbi maskaların Keniyadakı hava limanından yoxa çıxdığı qeyd olunur.

Faktla bağlı araşdırmabaşlayıb.

Xəbər lenti