Xəzər Xəbər

İranda 33 milyon insan koronavirus testindən keçirildi

Dünya | 11:08 • 24 Mart 2020
İranda 33 milyon insan koronavirus testindən keçirildi

İranın Səhiyyə naziri Səid Nəməki ölkədə 33 milyon insanınkoronavirus testindən keçirildiyini açıqlayıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Nəməkinin sözlərinə görə, test prosesinə İran Səhiyyə Nazirliyinin 40 min personalı cəlb edilib.

145 min nəfərin hazırda xəstəxanalarda və evlərdə karantində olduğunu söyləyən nazirepidemiyanın ilk günləri ilə müqayisədə vəziyyətin qismən yaxşı olduğunuqeyd edib.

Nəməki bildirib ki, İran əhalisinin təxminən 60 faizi nazirliyin tövsiyəsinə əsasən evlərindən çıxmır.

Xəbər lenti