Xəzər Xəbər

Korona bu ölkəyə 729 milyard avro ziyan verəcək

Dünya | 18:15 • 23 Mart 2020
Korona bu ölkəyə 729 milyard avro ziyan verəcək

Koronavirus böhranı 2020-ci ildə Almaniya iqtisadiyyatına 225 milyard avrodan 729 milyard avro arasında ziyan verəcək.

Bunu Almaniyada İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Klemens Fuest deyib.

"Koronavirusun zərərinin son illərdə Almaniyada baş verən iqtisadi böhran və təbii fəlakətlərdən daha çox olacağı ehtimal edilir. Ssenaridən asılı olaraq, iqtisadi istehsal gücü 7,2 - 20,6 xal arası azala bilər. Bu da 225-729 milyard avro arası bir zərər deməkdir”, - o bildirib./axar.az

Xəbər lenti