Xəzər Xəbər

Dünya ölkələrindən RADİKAL QƏRARLAR: Türkiyə, Rusiya və Hindistan...

Dünya | 16:23 • 23 Mart 2020
Dünya ölkələrindən RADİKAL QƏRARLAR:

Hindistanda yeni növ koronavirus (COVİD-19) pandemiyası səbəbilə artan ölüm və yoluxma halları hökuməti ay sonuna qədər küçəyə çıxma qadağasını reallaşdırmağa sövq edib.

Baş nazir Nerandra Modinin Kabineti yerli vaxtla saat 07:00-21:00 arasında küçəyə çıxma qadağasının 31 marta qədər davam etdiriləcəyini açıqlayıb.

Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) koronavirus tədbirləri çərçivəsində bütün təyyarə səfərlərinin 2 həftə müddətində dayandırılacağını bildirib.

Rusiyada isə COVİD-19-a yoluxma faktı 438-ə çatıb. Buna görə də 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması qadağan edilib. Eyni qadağa Türkiyədə də qüvvəyə minib./Publika.az

Xəbər lenti