Xəzər Xəbər

“Pandemiyanı yalnız bu yolla dayandırmaq olar” Çinli alimdən Avropaya XƏBƏRDARLIQ

Dünya | 15:30 • 23 Mart 2020
“Pandemiyanı yalnız bu yolla dayandırmaq olar”

"COVİD-19” üzrə kliniki ekspertlərin Çin qrupunun rəhbəri Çjan Venxun Avropa ölkələrində koronavirusla mübarizə haqqıdan danışıb, görülən tədbirləri qiymətlədirib.

Bu barədə "South China Morning Post" məlumat yayıb.

"Bu çox normal situasiyadır, virus gedib yenidən qayıdacaqsa, bu bir-iki il çəkə bilər. Avropada pandemiyanın yaxın gələcəkdə yox olacağı ilə bağlı fikri yadınızdan çıxarın”-deyə, həkim çinli tələbələrlə videokonferensiya zamanı bildirib.

Həkimin fikrincə, Avropa dövlətləri virusun yayılmasını yalnız "ekstremal şəraitdə tətbiq edilən radikal tədbirlərlə” dayandıra bilər. Məsələn, sərhədlərin tam bağlanılması və istənilən fəaliyyətin dondurulması buna misal ola bilər. Həkim vurğulayıb ki, Almaniya və digər Avropa ölkələri buna riayət etməyəcəklər.

"Əgər bütün dünya bu dediyim nümunələrə əməl etsə, 4 həftədən sonra biz pandemiyanı dayandıra bilərik",- deyə həkim bir daha xatırladıb.

Rusiyada da koronavirus əleyhinə tədbirlər gücləndirilir. Rusiyada koronavirusun profilaktikası bunlardır: maska, antiseptik, teplovizor.

Demək olar ki, Rusiyanın bütün regionlarında "COVİD-19” əleyhinə profilaktika tədbirləri yüksək hazırlıq səviyyəsində aparılır.

Ümumdünya Səhiyyə Təşkilatı "COVİD-19” virusunu martın 11-də pandemiya elan etdi. ÜST-ün məlumatına görə, dünyada 292 min nəfərdən çox insan bu virusa yoluxub, ölü sayı isə 12,7 mindən çoxdur.

Xəbər lenti