Xəzər Xəbər

Fövqəladə rejim qaydalarını pozanlar sərt cəzalandırılacaq - XƏBƏRDARLIQ

Dünya | 14:55 • 23 Mart 2020
Fövqəladə rejim qaydalarını pozanlar sərt cəzalandırılacaq - XƏBƏRDARLIQ

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev koronavirus təhlükəsinə görə izolyasiya tədbirlərinin möhkəmləndirilməsini və fövqəladə rejimin qaydalarını pozanları ciddi cəzalandırmağı tələb edib.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Hazırda "COVİD-19” virusu ilə yoluxma halları karantin tədbirlərinə gec başlayan ölkələrdə rast gəlinir. Buna görə də izolyasiya tədbirlərini gücləndirmək lazımdır",-deyəTokayev FV üzrə dövlət komissiyasının iclasında bildirib.

Qeyd edək ki, Qazaxıstanda martın 16-dan başlayaraq 18 dəfə fövqəladə vəziyyət rejiminin qaydaları pozulub.

Xəbər lenti

Çox oxunanlar