Xəzər Xəbər

ŞOK İTTİHAM: ABŞ koronavirusun dayandırılmasını əngəlləyir

Dünya | 12:54 • 23 Mart 2020
ŞOK İTTİHAM:

İran xalqı qanunsuz ABŞ sanksiyalarının aradan qaldırılması üçün çağırış edən qlobal hökumət və vətəndaş cəmiyyəti liderlərinin kampaniyasını yüksək dəyərləndirir.

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında deyib.

"ABŞ heç kimi dinləmir. Covid-19-a qarşı aparılan qlobal mübarizəni əngəlləyir. Yeganə həll yolu ABŞ-ın kütləvi cəzalandırma metoduna qarşı çıxmaqdır. Əxlaqi və praktik tədbirlərin icra edilməsi məcburidir”, - XİN rəhbəri bildirib.

Qeyd edək ki, ötən gün İranda pandemiyadan ölənlərin sayı 1685 nəfərə çatıb. Ümumilikdə ölkə üzrə 21 min 638 nəfər virusun daşıyıcısıdır./axar.az

Xəbər lenti