Xəzər Xəbər

Koronavirusla mübarizə: “Böyüklərə 1000, uşaqlara 500 dollar nağd pul”

Dünya | 12:08 • 23 Mart 2020
Koronavirusla mübarizə:

ABŞ-da koronavirusla mübarizə çərçivəsində yetkinlik yaşına çatan şəxslərə 1000, uşaqlara isə 500 dollarlıq nağd pul dəstəyi göstəriləcək.

"HaberGlobal”ın məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

"Ana-ata və iki uşaqdan ibarət dörd nəfərlik ailə üç min dollar alacaq. Konqres bu təklifi qəbul etdikdən üç həftə sonra ödənişlər həyata keçiriləcək.

Altı həftə sonra bir daha ödəniş ediləcək. Əgər milli fövqəladə vəziyyət davam edərsə, daha üç min dollar veriləcək”, - Mnuçin bildirib.

Xəbər lenti