Xəzər Xəbər

Meksikada helikopter qəzaya uğradı

Dünya | 09:41 • 22 Mart 2020
Meksikada helikopter qəzaya uğradı

Meksikanın Verakrus ştatında hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 1 nəfər həyatını itirib. Çox sayda yaralı var.

Hərbi Dəniz Donanmasına məxsus helikopter əməliyyat zamanı qəzaya uğrayıb. Belə ki, hərbçilər girov götürülən insanların azad olunması üçün cəlb olunublar.

Hadisənin səbəbləri araşdırılır./publika.az

Xəbər lenti