Xəzər Xəbər

KİV: Türkiyə böyük savaşa girdi?

Dünya | 12:42 • 28 Fevral 2020
KİV:

Suriyada Əsəd rejiminin Rusiyanın dəstəyi ilə Türkiyə əsgərlərinə havadan zərbə endirməsi və nəticədə 33 türk əsgərinin şəhid olması bütün dünyada böyük rezonans doğurub.

Dünyanın nüfuzlu media orqanları sözügedən gərginliyi belə təqdim ediblər:

"Nyu York Tayms”: Türk ordusu Suriyanın şimal-qərbində ağır itkilər verdi. Bu hücum Suriyadakı savaşın məcrasını dəyişdirə bilər.

"Qardian”: Türkiyə Suriya savaşında ən ağır gününü yaşadı. Rusiya 3 aydır ki, İdlibdə rəsmi Dəməşqə kömək edir.

"Əl Cəzirə”: Hava hücumu nəticəsində türk əsgərlərinin həyatını itirməsi gərginliyi daha da artıracaq. Yeni bir humanitar böhran yarana bilər.

"Assoşieyted Press”: Türk rəsmilər Suriyanın şimal-qərbində baş verən hücum zamanı hərbçilərinin həlak olduğunu açıqlayıb. Bu, türk ordusunun sözügedən ərazidə bir gündə yaşadığı ən böyük itkidir.

"Faynənşl Tayms”: Bu hücum Türkiyəni Suriya rejimi ilə rus müttəfiqlərinə qarşı total müharibəyə sövq etmək təhlükəsi daşıyır.

"Le Monde”: Bombardmanlar Ankara ilə Moskva arasında gərginliyi daha da artıra bilər.

Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.

Hazırda türk ordusu havadan və qurudan Əsəd ordusunun bütün bəlli hədəflərinə cavab zərbələri endirməkdə davam edir./axar.az

Xəbər lenti