Xəzər Xəbər

BMT-dən Türkiyə və Suriyaya çağırış

Dünya | 12:37 • 28 Fevral 2020
BMT-dən Türkiyə və Suriyaya çağırış

İdlibdə təcili olaraq atəşkəsin elan edilməsi vacibdir.

Bunu BMT Baş katibi Antonio Quterreş deyib.

"Hərbi qarşıdurmanın artması əsasən də mülki şəxslərin həyatını təhlükəyə atır. Bu da bizi çox narahat edir. Təcili olaraq hərəkətə keçilməzsə, hər saat başı riskin artma ehtimalı böyükdür. Suriya böhranı hərbi yolla deyil, BMT nəzarəti altında siyasi yolla həll edilə bilər”, - BMT baş katibi bildirib..

Qeyd edək ki, ötən gecə Əsəd rejimi Rusiyanın dəstəyi ilə Türkiyə əsgərlərinə havadan zərbə endirib. Nəticədə 33 türk əsgəri şəhid olub.

Türkiyə ordusu qisas əməliyyatına başlayıb və Suriya rejim qüvvələrinin bütün hədəflərinə zərbələr endirir./axar.az

Xəbər lenti