Xəzər Xəbər

ABŞ-dan İdlib açıqlaması: Türkiyə S-400-lərdən imtina etsin

Dünya | 11:21 • 28 Fevral 2020
ABŞ-dan İdlib açıqlaması:

ABŞ ümid edir ki, Türkiyə S-400-lərdən imtina edəcək.

Bunu ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison İdlibdə türk əsgərlərinin şəhid edilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə bununla bağlı vəziyyəti dəfələrlə izah etməyə çalışıb:

"Ümid edirəm ki, Prezident Ərdoğan bizim onların keçmiş və gələcək müttəfiqimiz olduğunu görəcək. Onlar gərək S-400-lərdən imtina etsinlər”.

Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.

Türk ordusu havadan və qurudan Əsəd ordusunun bütün bəlli hədəflərinə zərbələr endirir./axar.az

Xəbər lenti