Monqolustanda maraqlı hadisə yaşanıb.
Altay dağlarında arxeoloji qazıntılar zamanı 1500 il bundan əvvəl yaşamış qadın mumiyası tapılıb. Türk qadına aid olduğu bildirililən mumya yaxşı qorunmuş vəziyyət olub. Ən maraqlısı isə 6-cı yüzillikdə yaşamış bu qadının geyimləri olub.
Məlumata görə, geyimlərdə xüsusi naxışların, bəzəklərin olması hələ o dövrdə Türk xalqlarının yüksək inkişaf etdiyindən xəbər verir. Bu son illərin ən vacib tapıntılarından hesab edilir. Mumiya barədə araşdırmalar davam edir./publika.az