Xəzər Xəbər

Direktor: “Gürcüstan Azərbaycanın Səhiyyə Nazirliyi ilə əlaqədədir”

Dünya | 16:00 • 27 Fevral 2020
Direktor: “Gürcüstan Azərbaycanın Səhiyyə Nazirliyi ilə əlaqədədir”

"Koronavirusa yoluxan şəxs Gürcüstan vətəndaşıdır. O, xüsusilə virusun geniş yayıldığı Qum şəhərində bir neçə gün qalıb. Daha sonra isə İran-Azərbaycan və Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqələrindən istifadə etməklə ölkəyə gəlib”.


Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.


O bildirib ki, Azərbaycan tərəfi ilə bu sahədə əməkdaşlıq birbaşa, həmçinin beynəlxalq təşkilatların xətti ilə əməkdaşlıq edilir: "Məsələ ilə əlaqədar biz artıq Azərbaycanın Səhiyyə Nazirliyi, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Azərbaycanın digər aidiyyəti qurumları ilə əlaqədəyik”.


A. Qamkrelidze qeyd edib ki, ötən gün Gürcüstanda koronavirusa yoluxma qeydə alınandan sonra ölkədə pandemik hazırlıq mərhələsinə keçilib: "Dünənə qədər biz aşağı risk dərəcəli ölkələr sırasında idik. Təəssüf ki, bizim virusun kifayət qədər geniş və sürətlə yayıldığı İtaliya, Çin və İranla sıx gediş-gəlişimiz var. Ona görə də son iki həftə ərazində Gürcüstanda ümumi risk dərəcəsi artmışdı. Gürcüstan hazırda pandemik hazırlıq mərhələsindədir”, - deyə direktor vurğulayıb.

Xəbər lenti