Xəzər Xəbər

Yaponiya hökuməti bütün məktəblərin bağlanmasını tələb edəcək

Dünya | 15:54 • 27 Fevral 2020
Yaponiya hökuməti bütün məktəblərin bağlanmasını tələb edəcək

Yaponiyanın Baş Naziri Şinzo Abe bütün prefekturaların hakimiyyət orqanlarından yeni koronavirusla əlaqədar yaranmış təhlükə ilə əlaqədar ölkə ərazisindəki bütün məktəblərin müvəqqəti olaraq bağlanmasını tələb edəcək.


AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 27-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, məktəblərin bağlanmasına martın 2-dən başlanılacaq və bu, yaz tətilinin əvvəllərinədək davam edəcək. Prefekturadan asılı olaraq, həmin müddət martın ortalarınadək və ya axırınadək davam edə bilər. Hökumətin əlavə göstərişi olmazsa, uşaqlar məktəblərə apreldə qayıdacaqlar.


Buna qədər Hokkaydo prefekturası və Osaka şəhəri fərdi qaydada məktəblərin müvəqqəti bağlandığını elan edib.


Əlavə olaraq qeyd edək ki, bu günədək Yaponiyada COVID-19 virusuna 900-dən çox insan yoluxub. Onların əksəriyyəti "Diamond Prinsess” kruiz gəmisinin heyəti və sərnişinləridir. Xəstəlik nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.

Xəbər lenti