Türkiyədə koronavirusa rast gəlinməyib.
Bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Hoca açıqlama verib. O bildirib ki, İrandan gələn şəxslərin heç birində virus aşkarlanmayıb. Müayinələrinin nəticələri məlum olduqdan sonra onlar evlərinə buraxılıb. "Biz koronavirusla bağlı bütün hazırlıqları görmüşük deyən” - nazirin sözlərinə görə, sərhəd ərazilərdə mümkün yoluxma halları ilə bağlı səhra xəstəxanaları qurulub.
Qeyd edək ki, Türkiyədə koronavirusun olduğu barədə iddialar yayılmışdı./publika.az