Xəzər Xəbər

Türkiyəyə Rusiyadan şok təklif: Suriyada əsas hədəf budur...

Dünya | 13:46 • 26 Fevral 2020
Türkiyəyə Rusiyadan şok təklif:

Rusiya Əsəd rejiminə verdiyi dəstəyi dayandırmayacaq, eyni zamanda Türkiyə ilə də açıq qarşıdurmaya girməyəcək. Rusiyanın hədəfi M4 və M5 magistral yollarına nəzarəti ələ keçirməkdir. Bununla Hələb və İdlibi Lazkiya və Dəməşqə bağlamağı planlaşdırırlar”.

XəzərXəbər Teleqraf.com-a istinadən xəbər verir ki, bunu türk politoloq Taha Dağlı deyib.

Ekspert rusiyalı həmkarı Aleksey Xlebnikovun Rusiyanın bu planına dair fikirlərinə də istinad edib:

"Moskva və Dəməşq üçün İdlib çox da önəmli deyil. Suriya və Rusiyanın əsas hədəfi M4 və M5 avtomobil yollarına nəzarəti ələ keçirməkdir. Bu yolları aça bilsələr, Hələb və Dəməşqi bir-birinə bağlaya biləcəklər”.

Taha Dağlının iddiasına görə, Rusiya hər iki yola nəzarəti öz üzərinə götürməklə, İdlibi Türkiyəyə güzəştə getməyə hazırdır:

"Bəllidir ki, ruslar martın 5-də Türkiyə və Rusiya prezidentləri arasında keçiriləcək görüşə qədər bu yolları almaq üçün hücumları davam etdirəcəklər. Moskvanın planı budur ki, masaya bu yolları ələ keçirərək otursun. Sergey Lavrov da bildirdi ki, Moskva Ankara ilə İdliblə bağlı yeni məsələləri müzakirə etməyə hazırlaşır. Qənaətimə görə, belə bir görüş baş tutsa, əsas müzakirə M4 və M5 yolları ətrafında gedəcək”.

Əlavə edək ki, martın 5-də İstanbulda Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel və Emmanuel Makronun iştirakı ilə Suriya zirvəsi nəzərdə tutulur. Ancaq ötən gün Kremldən verilən rəsmi açıqlamada Rusiyanın bu zirvəyə hazırlaşmadığı bildirildi.

Xəbər lenti